Sərxan Həşimov Avropa Şahmat İttifaqının vitse-prezidenti seçilib
Rumıniyada Avropa Şahmat İttifaqının rəhbər vəzifələrinə seçkilər keçirilib.
QELEBE.AZ xəbər verir ki, təşkilatın hazırkı rəhbəri Zurab Azmayparaşvili səs çoxluğuyla növbəti 4 il müddətinə Avropa Şahmat İttifaqına prezident seçilib.
Ardınca vitse-prezident vəzifəsinə seçkilər baş tutub. Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov 34 səs toplayaraq təşkilatda vitse-prezident vəzifəsinə seçilib. Ümumilikdə qurumda üç vitse-prezident çalışacaq.
Qeyd edək ki, seçkilərdə qonaq qismində Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da iştirak edib.

https://qelebe.az//uploads/photo/serxan-heshimov-avropa-shahmat-ittifaqinin-vitse-prezidenti-sechilib.webp