Du Plessi Usmanı məğlub etdi

Du Plessi Usmanı məğlub etdi

Cənubi afrikalı MMA döyüşçüsü Drikus du Plessi UFC Fight Night turnirində Kamaru Usman üzərində inamlı qələbə qazanıb.

QELEBE.AZ xəbər verir ki, orta çəkidə keçirilən əsas döyüş tam beş raund davam edib.

Hakimlər yekdil qərarla (50:45, 49:46, 49:46) qələbəni Drikus du Plessiyə veriblər.

Bununla da 32 yaşlı döyüşçü peşəkar karyerasında 24-cü qələbəsini əldə edib.

Kamaru Usman isə beşinci məğlubiyyətini alıb.