Fransa üçün kabus kimi hissə: 45 illik antirekord

Fransa üçün kabus kimi hissə: 45 illik antirekord

Dünya çempionatının üçüncülük matçında Fransa və İngiltərə üz-üzə gəlir.

Apasport.az xəbər verir ki, görüşün ilk hissəsi İngiltərənin 4:0 hesablı üstünlüyü ilə başa çatıb. 

Bu nəticədən sonra Fransa yığması üçün 45 illik antirekord yenilənib. 

Belə ki, Fransa milli komandası rəsmi oyunların ilk hissəsində 4 qolu sonuncu dəfə 45 il əvvəl buraxıb. 

Sözügedən tarixi qarşılaşma 1981-ci ildə Fransa ilə Şərqi Almaniya arasında keçirilən yoldaşlıq görüşü olub.

Həmin matçın ilk hissəsi Şərqi Almaniyanın 4:0 xeyrinə qeydə alınıb. Görüşün ikinci hissəsində isə qol vurulmayıb.