Premyer Liqa: "Qarabağ" səfərdə "Qəbələ"yə qalib gəlib

Premyer Liqa: "Qarabağ" səfərdə "Qəbələ"yə qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, mərkəzi görüşdə "Qarabağ" "Qəbələ"nin qonağı olub. Qarşılaşma Ağdam təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 3:1.

Hesabı 31-ci dəqiqədə meydan sahiblərindən İsnik Alimi açıb. Lakin əyalət klubunun sevinci cəmi 7 dəqiqə davam edib. 38-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən "köhlən atlar"ın hücumçusu Ramil Şeydayev hesabı bərabərləşdirib. 55-ci dəqiqədə Musa Qurbanlı "Qarabağ"ın 2-ci qolunu vurub. Oyunda son nöqtəni isə Şeydayev qoyub. 27 yaşlı forvard bu dəfə də 11 metrlik cərimə zərbəsini boşa verməyib.

Bu qələbə ilə xallarını 65-ə çatdıran "Qarabağ" liderliyini qoruyub. 32 xalı olan "Qəbələ" isə 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun "Zirə" - "Şamaxı" matçında qalib müəyyənləşməyib - 2:2. "Sumqayıt" "Səbail"i 1:0, "Sabah" isə "Kəpəz"i 2:0 hesabı ilə üstələyib.

18:22

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Riçard Almeyda zədələnib.

"Report"un məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi səfərdə "Qəbələ"yə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XXV tur matçında sıradan çıxıb.

Ayağından xəsarət alan təcrübəli oyunçu 63-cü dəqiqədə Qara Qarayevlə əvəzlənib.

Qeyd edək ki, hazırda matçda 2-ci hissə oynanılır və "Qarabağ" hesabda öndədir - 2:1.

15:53

Azərbaycan Premyer Liqasının XXV tur oyununda üz-üzə gələcək "Qəbələ" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qəbələ": 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 27. Məqsəd İsayev, 28. Murad Musayev, 77. Emil Səfərov, 91. Ramon Maçado, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 9. Əyyub Allaş, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

"Qarabağ": 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 89. Amin Ramazanov 94. Ayhan Arazlı 5. Maksim Medvedev 19. Filip Ozobiç 2. Qara Qarayev 18. İsmayıl İbrahimli 27. Toral Bayramov 90. Nəriman Axundzadə 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Futbol
İranlılar milli komandalarının DÇ-2022-dən kənarlaşdırılması üçün FIFA-ya məktub göndərib

İranlılar milli komandalarının DÇ-2022-dən kənarlaşdırılması üçün FIFA-ya məktub göndərib

Futbol
Ukrayna Futbol Assosiasiyasının prezidenti həbs olunub

Ukrayna Futbol Assosiasiyasının prezidenti həbs olunub

Futbol
"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edib

"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edib

Futbol
Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazanıb

Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazanıb

Futbol
Riçard Almeyda: “Neymarın zədələnməsi kefimizə “soğan doğradı”

Riçard Almeyda: “Neymarın zədələnməsi kefimizə “soğan doğradı”

Futbol
Azərbaycan Kuboku: "Qarabağ" və "Neftçi"nin oyununun hakimləri bəlli olub

Azərbaycan Kuboku: "Qarabağ" və "Neftçi"nin oyununun hakimləri bəlli olub

Futbol
Rusiya Kubokunun oyunu səfərbərliyə görə baş tutmaya bilər

Rusiya Kubokunun oyunu səfərbərliyə görə baş tutmaya bilər

Futbol
"Frayburq"un aparıcı futbolçusu "Qarabağ"la oyunu buraxacaq

"Frayburq"un aparıcı futbolçusu "Qarabağ"la oyunu buraxacaq

Futbol
Benzema zədə səbəbindən futbol üzrə dünya çempionatını buraxacaq

Benzema zədə səbəbindən futbol üzrə dünya çempionatını buraxacaq

Futbol
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirə start verilib

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirə start verilib

Futbol
Obameyanq "Çelsi"yə keçib

Obameyanq "Çelsi"yə keçib

Futbol
Zinəddin Zidanın oğlu İspaniyanın aşağı liqa klubuna keçib

Zinəddin Zidanın oğlu İspaniyanın aşağı liqa klubuna keçib