"Frayburq"un aparıcı futbolçusu "Qarabağ"la oyunu buraxacaq

"Frayburq"un aparıcı futbolçusu "Qarabağ"la oyunu buraxacaq

"Frayburq"un futbolçusu Roland Şallai Almaniyada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin ilk tur matçında oynaya bilməyəcək.

"Report"un məlumatına görə, bu barədə macarıstanlı yarımmüdafiəçinin atası Tibor Sallai "Nemzetisport" nəşrinə açıqlama verib.

O bildirib ki, 24 yaşlı oyunçu Bundesliqada V turun "Bayer"lə səfər qarşılaşmasında (3:2) sifətindən ağır zədə aldığı üçün avrokubok görüşünü buraxacaq: "Hazırda əməliyyata ehtiyac yoxdur. Bir neçə gün evdə yatmalıdır. Gələn həftə yenidən müayinə olunacaq, o vaxtadək dincəlməlidir. Əlbəttə, onun üçün psixoloji cəhətdən ağırdır. Çünki "Qarabağ"a qarşı oynamaq istəyirdi. Amma mümkün olmayacaq. Bir müddət maska ilə mübarizə aparmalı olacaq. Ümid edirik ki, ən qısa zamanda meydana qayıda biləcək".

Qeyd edək ki, "Frayburq" Avropa Liqasında ilk oyununu sentyabrın 8-də evdə "Qarabağ"a qarşı keçirəcək. "Europe Park" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Futbol
A Seriyası: “Roma” “Verona”nı məğlub edib

A Seriyası: “Roma” “Verona”nı məğlub edib

Futbol
“Lans” Fransa çempionatının turnir cədvəlində birinci yerə yüksəlib

“Lans” Fransa çempionatının turnir cədvəlində birinci yerə yüksəlib

Futbol
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib, Türkiyə irəliləyib, Ermənistan geriləyib

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib, Türkiyə irəliləyib, Ermənistan geriləyib

Futbol
Lionel Messi dünya çempionatlarının rekordunu təkrarlayıb

Lionel Messi dünya çempionatlarının rekordunu təkrarlayıb

Futbol
Qəzaya düşən hakim: “Qarşıdan gələn avtomobil 130-140 km/saat sürətlə üstümüzə sürdü”

Qəzaya düşən hakim: “Qarşıdan gələn avtomobil 130-140 km/saat sürətlə üstümüzə sürdü”

Futbol
Afrikalı futbolçu "Mançester Yunayted"i ayrı-seçkilikdə ittiham edib

Afrikalı futbolçu "Mançester Yunayted"i ayrı-seçkilikdə ittiham edib

Futbol
"Real Madrid" 16 yaşlı hücumçunu 72 milyon avroya transfer edib

"Real Madrid" 16 yaşlı hücumçunu 72 milyon avroya transfer edib

Futbol
Peşəkar Futbol Liqası yeni VAR qurğusu alır

Peşəkar Futbol Liqası yeni VAR qurğusu alır

Futbol
“Qarabağ”ın qapıçısı Avropada ən az qol buraxanların siyahısına düşüb

“Qarabağ”ın qapıçısı Avropada ən az qol buraxanların siyahısına düşüb

Futbol
"Napoli" Kvaratsxeliya ilə yeni müqavilə imzalamaq istəyir

"Napoli" Kvaratsxeliya ilə yeni müqavilə imzalamaq istəyir

Futbol
Kadi: “Qürur duyuram”

Kadi: “Qürur duyuram”

Futbol
DÇ-2022: Seneqal millisi Qətərlə oyunda 2-ci qolu vurub

DÇ-2022: Seneqal millisi Qətərlə oyunda 2-ci qolu vurub