Azərbaycan Su İdmanı Federasiyasının idmançıları Türkiyədə birinci olublar
Azərbaycan Su İdmanı Federasiyasının idmançıları Türkiyənin Adana şəhərində keçirilən beynəlxalq surfkastinq yarışında birinci yeri tutublar.
Apasport.az xəbər verir ki, yarış sahildən balıq ovu üzrə təşkil olunub.
Turnirdə Azərbaycanı Su İdmanı Federasiyasının "BAKI" Balıqçılar Klubunun üzvləri Çingiz Qəniyev və Azər Əliyev təmsil ediblər.
İdmançılarımız ümumilikdə 17 balıq tutaraq 502 xal toplayıblar. Bu nəticə ilə Azərbaycan təmsilçiləri yarışın qalibi olublar.
Komandamız həmçinin "Ən böyük balıq" nominasiyası üzrə də mükafata layiq görülüb.

https://qelebe.az//uploads/photo/azerbaycan-su-idmani-federasiyasinin-idmanchilari-turkiyede-birinci-olublar.webp