Azərbaycan millisindən qələbə
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.
QELEBE.AZ xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv Omanın U-21 seçməsi ilə üz-üzə gəlib.
"Bank Respublika Arena"da keçirilən qarşılaşma komandamızın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamızın qollarını Elgün Dünyamalıyev, Əli Xəlilov, İlkin Cəfərli və Niyazi Osmanov vurublar.
Qeyd edək ki, bu komandalar arasında üç əvvəl keçirilən görüş Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

https://qelebe.az//uploads/photo/azerbaycan-millisinden-qelebe.webp