Azərbaycan Karakasda iki şahmatçı ilə təmsil olunacaq
Noyabrın 18-dən 27-dək Venesuelanın paytaxtı Karakasda 20 yaşadək şahmatçılar arasında dünya çempionatı keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Ölkəmizi mötəbər yarışda Xaqan Əhməd və Lalə Hüseynova təmsil edəcəklər.

https://qelebe.az//uploads/photo/azerbaycan-karakasda-iki-shahmatchi-ile-temsil-olunacaq.webp