Deklan Rays “Arsenal”la müqaviləsini uzadır
“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays klubu ilə yeni müqavilə imzalamaq barədə razılığa gəlib.
Apasport.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Məlumata görə, London təmsilçisi 27 yaşlı ingiltərəli futbolçu ilə 5 illik yeni müqavilənin şərtlərini razılaşdırıb. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.
Qeyd edək ki, Deklan Rays cari mövsümdə “Arsenal”ın heyətində 15 oyunda meydana çıxıb. O, bu matçlarda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/deklan-rays-arsenalla-muqavilesini-uzadir.webp