Uğur Özdemir: “Əsas qələbədir”
“Sumqayıt”ın baş məşqçisi Uğur Özdemir Azərbaycan Basketbol Liqasının VII turunda “Ordu” üzərində qazanılan 123:88 hesablı qələbəni şərh edib.
Apasport.az xəbər verir ki, mütəxəssis qarşılaşmanın komandası üçün hazırlıq görüşü xarakteri daşıdığını bildirib:
“Komandamı təbrik edirəm. Rəqibin vəziyyəti ortada idi, amma biz bacardıqca oyuna tam köklənməli idik. Bu matç bir növ bizim üçün hazırlıq görüşü oldu. Vəziyyətdən yararlanıb rotasiyaya əl atdıq, yerli oyunçuları sınadıq”.
Özdemir qarşıdakı fasilədən maksimum yararlanmaq niyyətində olduqlarını da vurğulayıb:
“Qarşıdakı iki həftədə fasilədən maksimum yararlanıb növbəti oyunları düşünəcəyik. Belə fərq olacağını gözləyirdik? Oyun başlayanda bunu artıq hiss etdik. Amma bu, bizim üçün elə də böyük əhəmiyyət kəsb etmədi. Əsas qələbədir!”.
Qeyd edək ki, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən qarşılaşmada meydan sahibləri rəqibini 35 xal fərqi ilə məğlub edərək mövsümdə üçüncü qələbəsini qazanıblar.

https://qelebe.az//uploads/photo/ugur-ozdemir-esas-qelebedir.webp