Azərbaycan millisi Dünya Kubokunda 14-cü yeri tutub

Azərbaycan millisi Dünya Kubokunda 14-cü yeri tutub

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Misirin paytaxtı Qahirədə keçirilən Dünya Kubokunun mərhələ yarışında çıxışını 14-cü pillədə başa vurub.

QELEBE.AZ xəbər verir ki, 12-15 noyabr tarixlərində təşkil olunan yarışda 22 komanda mübarizə aparıb.

Zərifə Hüseynova, Səbinə Kərimova, Anna Başta və Palina Kaspiaroviçdən ibarət komandamız ilk görüşündə Türkiyə yığmasını 45:30 hesabı ilə məğlub edib. Lakin millimiz ən güclü səkkizliyə yüksəlmək uğrunda ABŞ-a 36:45 hesabı ilə uduzub.

9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Çin yığmasına 34:45 hesabı ilə məğlub olan sablyaçılarımız İspaniya millisini 45:29 hesabı ilə üstələyib. Son qarşılaşmada isə Ukrayna yığmasına 36:45 hesabı ilə uduzublar.

Fərdi yarışda Azərbaycan millisinin üzvü Anna Başta 180 iştirakçı arasında 16-cı yeri tutaraq ən yaxşı nəticəyə imza atıb. Qrup mərhələsində 4 qələbə qazanan idmançımız pley-offda Polşa və ABŞ təmsilçilərini məğlub edərək 64-lüyə yüksəlib. Daha sonra Macarıstan və Çin sablyaçılarına qalib gələn Başta 1/8 finalda Rusiya təmsilçisi Yana Yeqoryanla qarşılaşıb və 11:15 hesabı ilə məğlub olub.

Digər təmsilçilərimizdən Palina Kaspiaroviç 32-liyə, Səbinə Kərimova isə 64-lüyə qədər irəliləyib. Zərifə Hüseynova mübarizəni pley-off mərhələsində dayandırıb.

Qeyd edək ki, Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qılıncoynatmanın sablya növündə Azərbaycanı təmsil edən Abbas Hüseynov fərdi yarışda 6-cı yeri tutub.

Dünya
"Marafon" İK dünyanın aparıcı klubları arasında gücünü sınayacaq

"Marafon" İK dünyanın aparıcı klubları arasında gücünü sınayacaq