Karateçilərimiz beynəlxalq turniri 23 medalla başa vurub
Azərbaycan karateçiləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Tbilisi Open-2026” beynəlxalq turnirində 23 medal qazanıblar.
QELEBE.AZ xəbər verir ki, noyabrın 14-15-də təşkil olunan WKF karate yarışı 7 ölkədən 600 idmançının iştirakı ilə baş tutub.
Təmsilçilərimiz turniri 9 qızıl, 2 gümüş və 12 bürünc medalla başa vurublar.
Qeyd edək ki, Azərbaycan komandası yarışda məşqçilər Bəşir Mahmudov və İbrahim Heydərovun, hakimlər Mehman Əlirzayev və Murad Hacızadənin müşayiəti ilə təmsil olunub.

https://qelebe.az//uploads/photo/karatechilerimiz-beynelxalq-turniri-23-medalla-basha-vurub.webp