Emin Mahmudova xatirə forması təqdim olunub

Emin Mahmudova xatirə forması təqdim olunub

Andorra və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunundan əvvəl millimizin kapitanı Emin Mahmudova xatirə hədiyyəsi təqdim olunub.

Apasport.az xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev milli komandanın heyətində son oyununa çıxan Emin Mahmudova 66 nömrəli xatirə forması təqdim edib.

Qeyd edək ki, daha əvvəl milli komandadakı karyerasını başa vurduğunu açıqlayan Mahmudov üçün bu qarşılaşma yığmanın heyətində 66-cı oyun olub. Emin Mahmudov 2016-cı ildən Azərbaycan millisinin formasını geyinirdi.