Avropa çempionatı: Yığmamız seçmə mərhələdə ilk xalını qazanıb

Avropa çempionatı: Yığmamız seçmə mərhələdə ilk xalını qazanıb

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının 2026/2027 mövsümü üzrə seçmə mərhələsinin I raundunda növbəti oyununu keçirib.

QELEBE.AZ xəbər verir ki, Emin Mustafayevin baş məşqçisi olduğu kollektiv Litvanın U-17 komandası ilə qarşılaşıb.

Görüş 1:1 hesabı ilə başa çatıb. Millimizin yeganə qolunu 65-ci dəqiqədə Rəsul Balakişiyev vurub. Bununla da yığmamız seçmə mərhələdə ilk xalını qazanıb.

Qeyd edək ki, yığmamız əvvəlki oyunlarda Şimali İrlandiyaya 0:4, Almaniyaya isə 0:7 hesabı ilə uduzub.