"Neftçi" yoxlama matçı keçirəcək

"Neftçi" yoxlama matçı keçirəcək

“Neftçi” milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədə yoxlama matçı keçirəcək.

Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi “Araz-Naxçıvan”la qarşılaşacaq.

Oktyabrın 2-də “Palms Sports” Futbol Mərkəzində baş tutacaq görüş saat 15:30-da start götürəcək.