Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO

Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO

Lionel Messi karyerasında növbəti möhtəşəm cərimə zərbəsi qoluna imza atıb.

QELEBE.AZ xəbər verir ki, argentinalı ulduz MLS-də “İnter Mayami”nin səfərdə “Kolumbus Kru”ya 1:2 hesabı ilə uduzduğu matçda komandasının yeganə qolunu vurub. Messi çox çətin bucaqdan birbaşa cərimə zərbəsini dəqiq yerinə yetirib. 

Bu, 39 yaşlı hücumçunun peşəkar karyerasında birbaşa cərimə zərbəsindən vurduğu 76-cı qol olub. 

Messi bununla futbol tarixində cərimə zərbəsindən ən çox qol vuran oyunçular siyahısında lider Marselinyo Kariokaya bir qədər də yaxınlaşıb. Braziliyalının hesabında 78 belə qol var.

Messi daha 2 cərimə zərbəsi qolu vuracağı halda göstəricini təkrarlayacaq, 3 qol vurarsa siyahıda təkbaşına önə keçəcək.

Siyahının ilk pillələri belədir:

Marselinyo Karioka – 78,

Lionel Messi – 76,

Jair Roza Pinto – 74,

Roberto Dinamite – 73,

Juninyo və Sinişa Mixayloviç – 72 qol.