İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
“Qalatasaray”ın təcrübəli futbolçusu İlkay Gündoğan komandadakı durumundan narazıdır.
Apasport.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin narazılığına əsas səbəb bu mövsüm kifayət qədər oyun vaxtı qazanmaması və sosial şəbəkələrdə ünvanına səslənən tənqidlərdir.
İlkay yay transfer pəncərəsində Səudiyyə Ərəbistanından aldığı iki təklifi rədd edib. Lakin son hadisələrdən sonra futbolçu qış transfer dövründə gələcəyi ilə bağlı vəziyyəti yenidən dəyərləndirmək qərarına gəlib.
“Qalatasaray” rəhbərliyi onun ayrılmasına razılıq versə, Gündoğan yanvarda gələcək təklifləri nəzərdən keçirəcək. Səudiyyə Ərəbistanı klublarının futbolçuya yüksək məbləğlər təklif etdiyi, lakin İlkayın maliyyə məsələsini əsas prioritet hesab etmədiyi vurğulanıb.
Qeyd edək ki, İlkay Gündoğanın “Qalatasaray”la müqaviləsi mövsümün sonunda başa çatacaq.
Almaniya millisinin sabiq üzvü cari mövsümdə həm Superliqada, həm də Çempionlar Liqasında yetərincə forma şansı qazanmayıb.

https://qelebe.az//uploads/photo/ilkay-gundogan-qalatasarayda-xoshbext-deyil-yanvarda-qerar-verecek.webp