Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq

Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan komandada nizam-intizamla bağlı yeni qayda tətbiq edib.

QELEBE.AZ xəbər verir ki, 54 yaşlı mütəxəssis Klerfontendə yerləşən milli komandanın bazasına kənar şəxslərin girişini məhdudlaşdırıb.

“L'Equipe”in məlumatına görə, Zidan futbolçuların şəxsi bərbərlərinin də düşərgəyə gəlməsini qadağan edib. Baş məşqçinin məqsədi oyunçuların diqqətini tam şəkildə məşqlərə və qarşıdakı matçlara yönəltməkdir.

Zidan bundan əvvəl də Klerfontendə futbolçuların düşərgəyə gəlişi zamanı jurnalist və fotoqrafların iştirak etdiyi ənənəvi çəkilişləri dayandırıb. Artıq həmin görüntüləri yalnız Fransa Futbol Federasiyasının əməkdaşları çəkir.

Qeyd edək ki, Zinəddin Zidanın Fransası bu axşam Millətlər Liqası çərçivəsində səfərdə Türkiyə millisinin qonağı olacaq.