İtaliya futbolunun əfsanəsi vəfat edib

İtaliya futbolunun əfsanəsi vəfat edib

İtaliya futbolunun əfsanəvi futbolçusu Sandro Mazzola 83 yaşında vəfat edib.

QELEBE.AZ xəbər verir ki, Mazzola karyerasının tamamını “İnter”də keçirib.

O, 1961-1977-ci illərdə Milan klubunun formasını geyinib və 565 rəsmi oyunda 161 qol vurub.

Mazzola “İnter”lə 4 dəfə İtaliya çempionu, 2 dəfə Avropa Kuboku və 2 dəfə Qitələrarası Kubokun qalibi olub. 1965-ci ildə A Seriyasının bombardiri adını qazanıb.

İtaliya millisində 70 oyun keçirən Mazzola 1968-ci ildə Avropa çempionu olub. O, 1970-ci il dünya çempionatında finala yüksələn yığmanın heyətində də yer alıb.

Qeyd edək ki, Mazzola 1971-ci ildə “Qızıl top” səsverməsində ikinci olub. O, “Grande Torino”nun əfsanəsi Valentino Mazzolanın oğlu idi. Futbolçu karyerasını başa vurduqdan sonra da “İnter”də rəhbər vəzifələrdə çalışıb.