Azərbaycan klublarının Avropa oyunlarının tarixləri açıqlanıb

Azərbaycan klublarının Avropa oyunlarının tarixləri açıqlanıb

2026/2027 mövsümündə Avropa kuboklarında mübarizə aparacaq Azərbaycan voleybol klublarının oyun proqramı müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə aparacaq “Turan”ın qadınlardan ibarət komandası ilk oyununu oktyabrın 20-də saat 19:00-da Tovuz Olimpiya İdman Kompleksində Xorvatiyanın “Mladost” (Zaqreb) klubuna qarşı keçirəcək. Cavab görüşü oktyabrın 29-da saat 20:00-da Zaqrebdə baş tutacaq.

Çempionlar Liqasındakı digər təmsilçimiz “Xilasedici”nin kişilərdən ibarət komandası isə ilk matçında noyabrın 3-də saat 18:00-da Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında Portuqaliyanın “Sportinq” (Lissabon) klubunu qəbul edəcək. Cavab qarşılaşması noyabrın 11-də saat 19:30-da Lissabonda keçiriləcək.

Çelenc Kubokunun 1/32 final mərhələsində yarışacaq “DH Volley”nin qadın komandası ilk oyununu oktyabrın 27-də saat 19:00-da səfərdə Danimarkanın “Holte” klubuna qarşı keçirəcək. Cavab matçı noyabrın 5-də saat 18:00-da Bakıda FHN-in idman zalında olacaq.

“Ordu”nun kişi komandası isə Çelenc Kubokunda ilk görüşünü noyabrın 11-də saat 19:30-da səfərdə Norveçin “Forde” klubuna qarşı keçirəcək. Cavab oyunu noyabrın 19-da saat 18:00-da Bakıda, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.