“Barselona” misirli hücumçu ilə müqaviləni uzadıb
“Barselona” yay transfer pəncərəsində heyətinə qatdığı misirli hücumçu Həmzə Abdelkərimlə müqaviləni uzadıb.
QELEBE.AZ xəbər verir ki, 18 yaşlı futbolçu ilə yeni sözləşmə 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Müqavilədəki sərbəstqalma məbləği də artırılıb. Belə ki, daha əvvəl 15 milyon avro olan bu rəqəm 150 milyon avroya yüksəldilib.
Abdelkərim fevralın 1-də Qahirənin “Əl-Əhli” klubundan mövsümün sonuna qədər icarə əsasında “Barselona”nın gənclər komandasına keçib. İspaniya klubu onun çıxışından razı qalaraq yayda müqaviləsindəki satınalma bəndindən yararlanıb. Transferin məbləği 1,5 milyon avro və bonuslar təşkil edib.
Qeyd edək ki, Həmzə Abdelkərim “Barselona”nın əsas komandasında bir oyunda meydana çıxıb.

https://qelebe.az//uploads/photo/barselona-misirli-hucumchu-ile-muqavileni-uzadib.webp