“Barselona”dan PSJ-yə

“Barselona”dan PSJ-yə

PSJ hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Fransa çempionu "Barselona"dan Ferran Torresi transfer edib.

Bu barədə klubun mətbuat ximəti məlumat yayıb.

PSJ Torres üçün La Liqa nəhənginə 50 milyon avro ödəyib. 26 yaşlı forvardla 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Barselona" Ferran Torresi 2022-ci ilin yanvarında "Mançester Siti"dən 55 milyon avroya transfer etmişdi. İspaniya millisinin üzvü 2025/26 mövsümündə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.