"Kəpəz"dən növbəti transfer - RƏSMİ
"Kəpəz" daha bir futbolçunun transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, Olabiran Blessinq Muyiva “sarı-göylər”in formasını geyinəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı nigeriyalı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.
Qeyd edək ki, Benito ləqəbli cinah yarımmüdafiəçisinin son klubu Kipr “Akritas”ı olub.

https://qelebe.az//uploads/photo/quotkepezquotden-novbeti-transfer-resmi.webp