"Çelsi"nin müdafiəçisi A Seriyası klubunda - RƏSMİ
“Komo” “Çelsi”nin müdafiəçisi Trevo Çalobanın transferini rəsmən açıqlayıb.
Apasport.az xəbər verir ki, 27 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, A Seriyası təmsilçisi bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəyib.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Çaloba ötən mövsüm “zadəganlar”ın heyətində bütün turnirlərdə 47 oyuna çıxıb və 3 qol vurub. O, karyerası ərzində icarə əsasında “İpsviç Taun”, “Haddersfild Taun”, “Loryan” və “Kristal Pelas”ın da formasını geyinib.

https://qelebe.az//uploads/photo/quotchelsiquotnin-mudafiechisi-a-seriyasi-klubunda-resmi.webp