Bu klub Xankəndinə qayıdır - RƏSMİ
"Xankəndi" futbol klubu ev oyunlarını bundan sonra Xankəndi Şəhər Stadionunda keçirəcək.
QELEBE.AZ xəbər verir ki, bununla bağlı klub ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında müvafiq müqavilə imzalanıb.
Qərarın Xankəndidə idman həyatının canlanmasına və futbolun inkişafına mühüm töhfə verəcəyi bildirilir.
Qeyd edək ki, "Xankəndi" yeni mövsümdən etibarən I Liqada çıxış edəcək.

https://qelebe.az//uploads/photo/bu-klub-xankendine-qayidir-resmi.webp