Vitinyadan Modriçə mesaj: “Ümid edirəm, onun üçün kədərli gün olacaq”
Portuqaliya millisinin yarımmüdafiəçisi Vitinya DÇ-2026-nın 1/16 finalında Xorvatiyaya qarşı keçirəcəkləri oyundan öncə açıqlama verib.
QELEBE.AZ xəbər verir ki, PSJ-nin futbolçusu rəqib komandanın kapitanı Luka Modriç barədə danışıb.
26 yaşlı oyunçu xorvatiyalı yarımmüdafiəçinin onun üçün örnək olduğunu bildirib. Bununla belə, Vitinya komanda hədəflərini şəxsi simpatiyadan üstün tutduğunu vurğulayıb:
“Modriç mənim üçün kumirdir. Ona qarşı oynamışam və formamı onunla dəyişmişəm. Amma ona bənzəyib-bənzəmədiyim barədə danışmağı sevmirəm. Ümid edirəm, sabah onun üçün daha kədərli gün olacaq”.
Qeyd edək ki, Vitinya DÇ-2026-da Portuqaliya millisinin bütün oyunlarında iştirak edib. Portuqaliya K qrupunu ikinci pillədə başa vurub və 1/16 finalda L qrupunun ikincisi Xorvatiya ilə qarşılaşacaq.

https://qelebe.az//uploads/photo/vitinyadan-modriche-mesaj-umid-edirem-onun-uchun-kederli-gun-olacaq.webp