AFFA “Sumqayıt”ı CƏZALANDIRIB
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
2 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXX turun “Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının baş məşqçisi Saşa İliç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 5000 manat cərimə edilsin (maddə 51.1);
2 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXX turun “Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olduğuna görə 2 oyun şərti olmaqla 5 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 5000 manat cərimə edilsin (maddə 87.1, 19);

https://qelebe.az//uploads/photo/affa-sumqayiti-cezalandirib.webp