Cüdo üzrə Avropa Kuboku keçiriləcək
Mayın 9-u və 10-u tarixlərində Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 9 çəki dərəcəsində 26 cüdoçu (23 kişi, 3 qadın) ilə təmsil olunacaq.
Heyətə kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.
Beynəlxalq turnirdə 17 ölkədən 208 idmançı (150 kişi, 58 qadın) mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri – “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Arzu Acalova və Rəşad Əliyev, “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Ülvi Əliyev də yer alacaq.
Heyəti təqdim edirik:
Kişilər
60 kq
Babarəhim Mirzəyev
Murad Əliyev
Murad Muradlı
Məhəmməd Məmişov
Şamo Hüseynov
66 kq
Yaşar Nəcəfov
Hüseyn Allahyarov
Zahir Ağazadə
İslam Rəhimov
Nizami İmranov
Elşən Əsədov
Nazir Talıbov
73 kq
Nadir İmanov
Rüfət Şövlətov
Nəriman Mirzəyev
Elton İmranov
Bəhram Qurbanlı
90 kq
Xəyyam Əliyev
Nihad Şıxəlizadə
100 kq
Əjdər Bağırov
Şahin Əsədov
Elmar Qasımov
+100 kq
Qurban Məmmədli
Qadınlar
48 kq
Diana Tçkayeva
57 kq
Ülviyyə Bayramova
+78 kq
Madina Kaisinova

https://qelebe.az//uploads/photo/cudo-uzre-avropa-kuboku-kechirilecek.webp