Kurtua məşqlərə qayıtdı

Kurtua məşqlərə qayıtdı

"Real"ın qapıçısı Tibo Kurtuanın durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, o, "El Klasiko"da meydana çıxmağa hazırdır.

Bud zədəsi səbəbindən iki ay meydandan kənar qalan belçikalı bu gün tam heyətlə məşq edib.

Qapıçının La Liqanın XXXV turunun "Barselona" ilə oyununun heyətə daxil ediləcəyi gözlənilir.

Kilian Mbappenin vəziyyəti isə qeyri-müəyyən olaraq qalır. Onun heyətə daxil edilməsi ilə bağlı yekun qərarın çərşənbə günü tibbi müayinədən sonra veriləcək.