Yığmamızın 3 üzvü İtaliyada
Azərbaycanın akademik avarçəkənləri İtaliyada keçiriləcək "Paolo De Aloya" xatirə turnirində yarışacaqlar.
Apasport.az xəbər verir ki, aprelin 24-26-da baş tutacaq nüfuzlu beynəlxalq yarışda ölkəmizi üç idmançı təmsil edəcək.
Azər İlyasov, Ziya Məmmədzadə və Nurlan Paşayev akademik avarçəkmə üzrə yığmanın baş məşqçisi Volodimir Morozovun rəhbərliyi altında mükafatlar uğrunda yarışacaqlar.

https://qelebe.az//uploads/photo/yigmamizin-3-uzvu-italiyada.webp