Noyer ən yaxşı adına layiq görüldü
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ən yaxşı oyunçusu müəyyyənləşib.
Apasport.az xəbər verir ki, "Bavariya"nın kapitanı Manuel Noyer həftənin ən yaxşısı seçilib.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
40 yaşlı qolkiper UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda qalib olub.
Qeyd edək ki, Noyer "Arsenal"ın qapıçısı David Raya, PSJ-nin vingeri Xviça Kvaratsxeliya və "Atletiko"nun hücumçusu Xulian Alvaresi qabaqlayıb.

https://qelebe.az//uploads/photo/noyer-en-yaxshi-adina-layiq-goruldu.webp