AFFA "Sabah"ın məşqçisini CƏZALANDIRIB
AFFA İntizam Komitəsi “Sabah”ın məşqçisi Valerio Zuddası 7 oyunluq cəzalandırıb.
QELEBE.AZ xəbər verir ki, mütəxəssis Misli Premyer Liqasının XXII turunda “Qarabağ”la keçirilən oyunda rəqib komandanın ehtiyat oyunçular skamyasına qeyri-etik jest etdiyinə görə bu cəza ilə üzləşib.
Bundan əlavə, “Sabah” klubu da 15 min manat məbləğində cərimələnib.

https://qelebe.az//uploads/photo/affa-quotsabahquotin-meshqchisini-cezalandirib.webp