Mbappe PSJ-dən 6 milyon avro tələb edir

Mbappe PSJ-dən 6 milyon avro tələb edir

PSJ ilə onun keçmiş hücumçusu Kilian Mbappe arasındakı hüquqi mübarizə yeni mərhələyə qədəm qoyub. Məhkəmə icraçısı Paris klubunun baş qərargahı olan “Factory”yə gələrək, təxminən 6 milyon avro məbləğində ödəniş tələbi təqdim edib. Sözügedən məbləğin Mbappeyə məxsus olduğu və ödənişli məzuniyyətlərə, eləcə də faizlərə uyğun gəldiyi bildirilir.

APA xəbər verir ki, bu addım dekabrın sonunda əmək mübahisələri üzrə məhkəmənin qərarından sonra atılıb. Həmin qərara əsasən, PSJ Kilian Mbappeyə klubda çıxış etdiyi dövrdə ödənilməmiş maaşlar və mükafatlar üçün ümumilikdə 60,9 milyon avro ödəməli idi. “L’Équipe” nəşrinin məlumatına görə, Paris klubu 55 milyon avronu ödəsə də, qalan 5,9 milyon avro hələ də köçürülməyib.

Məhkəmənin müvəqqəti icra qərarına baxmayaraq, bu məbləğin ödənilməməsi Mbappe tərəfini icra məmuru vasitəsilə hərəkətə keçməyə vadar edib. PSJ-nin tələbi yerinə yetirməsi üçün səkkiz gün vaxtı var. Əks halda, məbləğin birbaşa klubun bank hesablarından tutulması riski yaranır.

Paris-Sent-Jermen rəhbərliyi isə verdiyi açıqlamada maaş və mükafatların tam ödənildiyini bildirib və qalan məbləğlə bağlı danışıqların davam etdiyini vurğulayıb. Lakin Mbappe bu versiyanı təkzib edir. Klub fevralın 19-dək apellyasiya şikayəti verə bilər.

Mbappe ilə PSJ arasındakı qarşıdurma yalnız maliyyə məsələləri ilə məhdudlaşmır. Hazırda “Real Madrid”in formasını geyinən futbolçu daha əvvəl də keçmiş klubuna qarşı mənəvi təzyiq (psixoloji zorakılıq) iddiası ilə məhkəmə prosesi başladıb. İddiaların mərkəzində 2023-cü ilin yayında Mbappenin komandanın əsas heyətindən kənarlaşdırılaraq “loft” adlanan qrupda saxlanılması dayanır. Futbol dünyasında mübahisəli hesab edilən bu praktika bəzi oyunçuların əsas heyətdən təcrid olunmasını nəzərdə tutur.

Həmin vaxt dünya çempionu olan hücumçu hüquqi gərginliyi azaltmaq və diqqətini yalnız meydandakı çıxışına yönəltmək üçün bu şikayətdən imtina etmişdi. Kilian Mbappe PSJ ilə münasibətlərində sonuncu və həlledici bir hüquqi mübarizə aparmaq niyyətindədir.

Futbol
"Şamaxı" klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib

"Şamaxı" klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib

Futbol
Azərbaycan millisinin Estoniya ilə səfər oyununun stadionu açıqlanıb

Azərbaycan millisinin Estoniya ilə səfər oyununun stadionu açıqlanıb

Futbol
Gəncə şəhər stadionunda tablo problemi: "Fors-major hallarda cərimə nəzərdə tutulmur"

Gəncə şəhər stadionunda tablo problemi: "Fors-major hallarda cərimə nəzərdə tutulmur"

Futbol
Azərbaycan millisinin futbolçusu: "Almaniya klubunda düşmənçilik gördüm"

Azərbaycan millisinin futbolçusu: "Almaniya klubunda düşmənçilik gördüm"

Futbol
Portuqaliyadan darmadağın, İsrail və Yunanıstan pley-offa vəsiqəni təmin edib

Portuqaliyadan darmadağın, İsrail və Yunanıstan pley-offa vəsiqəni təmin edib

Futbol
Ukrayna millisinin hücumçusu klubunu dəyişib

Ukrayna millisinin hücumçusu klubunu dəyişib

Futbol
Avropa Liqası: Daha bir komanda 1/8 finala vəsiqə qazanıb

Avropa Liqası: Daha bir komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
“Neftçi”nin futbolçusu Kipr klubuna keçə bilər

“Neftçi”nin futbolçusu Kipr klubuna keçə bilər

Futbol
Qətər koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantini ləğv edir

Qətər koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantini ləğv edir

Futbol
"Qarabağ"ın kapitanı: "Bu qələbə əsgərlərimizin zəfərinin yanında dəyərsizdir"

"Qarabağ"ın kapitanı: "Bu qələbə əsgərlərimizin zəfərinin yanında dəyərsizdir"

Futbol
Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Futbol
Qurban Qurbanov: "Gərginlik həddindən artıq hiss olunurdu"

Qurban Qurbanov: "Gərginlik həddindən artıq hiss olunurdu"