"Difai" heyətini əcnəbi hücumçu ilə gücləndirib
Azərbaycanın I Liqa təmsilçisi "Difai" heyətini əcnəbi hücumçu ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, komanda 22 yaşlı Ondo Uorren-Llyod ilə anlaşıb.
Qabonlu forvard karyerası ərzində Azərbaycanın digər təmsilçisi "Zaqatala" ilə yanaşı, Moldovanın "Dinamo-Avto", və Fransanın "İstr" klublarında da çıxış edib.
Qeyd edək ki, "Difai" hazırda turnir cədvəlində 9 xalla 9-cu yerdədir.

https://qelebe.az//uploads/photo/quotdifaiquot-heyetini-ecnebi-hucumchu-ile-guclendirib.webp