Ruslan Lunevdən Avropa Kubokunda növbəti qızıl medal

Ruslan Lunevdən Avropa Kubokunda növbəti qızıl medal

Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunev Estoniyanın Männiku şəhərində keçirilən “Lapua” Avropa Kubokunda növbəti uğuruna imza atıb.

Apasport.az xəbər verir ki, təcrübəli atıcı bu dəfə 25 metr standart tapança növündə qızıl medal qazanıb.

Ruslan Lunev yarışda 571 xal toplayaraq bütün rəqiblərini geridə qoyub və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək ki, bu, Lunevin Männikuda keçirilən “Lapua” Avropa Kubokunda qazandığı növbəti qızıl medal olub.