Qelebə.az / "Difai" heyətini əcnəbi hücumçu ilə gücləndirib

"Difai" heyətini əcnəbi hücumçu ilə gücləndirib

12-01-2026, 18:18

Azərbaycanın I Liqa təmsilçisi "Difai" heyətini əcnəbi hücumçu ilə gücləndirib.

QELEBE.AZ xəbər verir ki, komanda 22 yaşlı Ondo Uorren-Llyod ilə anlaşıb.

Qabonlu forvard karyerası ərzində Azərbaycanın digər təmsilçisi "Zaqatala" ilə yanaşı, Moldovanın "Dinamo-Avto", və Fransanın "İstr" klublarında da çıxış edib.

Qeyd edək ki, "Difai" hazırda turnir cədvəlində 9 xalla 9-cu yerdədir.

Geri qayıt