Baloqunun cəzasını təkbaşına ləğv edib - FIFA-da qalmaqallı qərar
ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzasının ləğvi ilə bağlı qərarın necə qəbul edildiyi məlum olub.
"The Sunday Times" nəşrinin yaydığı məlumata görə, qərarı FIFA İntizam Komitəsinin sədri Məhəmməd Əl-Kamali təkbaşına qəbul edib.
Bildirilib ki, işə cəlb olunması nəzərdə tutulan komitənin digər 17 üzvündən heç biri qərarın qəbulunda iştirak etməyib. Baloqunun bir oyunluq cəzasının ləğvi yalnız Əl-Kamalinin imzası ilə rəsmiləşdirilib.
Xatırladaq ki, Folarin Baloqun dünya çempionatının 1/8 finalında aldığı qırmızı vərəqəyə görə avtomatik cəzalanmalı idi. Lakin FIFA sonradan futbolçunun cəzasını şərti xarakterə çevirərək onun 1/4 final matçında meydana çıxmasına icazə verib. Bu qərar futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, qərardan əvvəl ABŞ Prezidenti Donald Tramp FİFA prezidenti Canni İnfantino ilə telefonla danışaraq Baloqunun qırmızı vərəqə və cəzasına yenidən baxılmasını istəyib.
Tramp daha sonra qərarın dəyişdirilməsində rol oynadığını bildirib. İnfantino isə FİFA-nın İntizam Komitəsinin müstəqil fəaliyyət göstərdiyini bəyan edib.

https://qelebe.az//uploads/photo/baloqunun-cezasini-tekbashina-legv-edib-fifa-da-qalmaqalli-qerar.webp