Millimiz Avropa çempionatını 11-ci pillədə tamamladı
Azərbaycanın 20 yaşadək qızlardan ibarət basketbol millisi FIBA Avropa çempionatının B divizionunda çıxışını başa vurub.
QELEBE.AZ xəbər verir ki, komandamız turnirdəki son qarşılaşmasında İsveçrə ilə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən oyun rəqibin 63:56 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra Azərbaycan millisi debüt etdiyi Avropa çempionatını 11-ci pillədə tamamlayıb.

https://qelebe.az//uploads/photo/millimiz-avropa-chempionatini-11-ci-pillede-tamamladi.webp