"Beşiktaş" Trossardla razılaşdı - 4 illik müqavilə
"Beşiktaş" İngiltərənin "Arsenal" klubunun futbolçusu Leandro Trossardın transferində sona yaxınlaşır.
QELEBE.AZ xəbər verir ki, İstanbul təmsilçisi Belçika millisinin üzvü ilə 3+1 illik müqavilə barədə razılığa gəlib.
İnsayder Yağız Sabuncuoğlunun məlumatına görə, 30 yaşlı cinah oyunçusunun illik maaşı 8 milyon avrodan az olacaq. Müqavilədə müəyyən bonuslar nəzərdə tutulsa da, futbolçuya imza pulu ödənilməyəcək.
Qeyd edək ki, Trossard 2023-cü ilin yanvarından "Arsenal"ın formasını geyinir. O, daha əvvəl Belçikada "Genk", həmçinin İngiltərədə "Brayton" klubunda çıxış edib. Belçika millisinin heyətində isə 50-dən çox oyun keçirib.

https://qelebe.az//uploads/photo/quotbeshiktashquot-trossardla-razilashdi-4-illik-muqavile.webp