Super Liqa: “Trabzonspor” səfərdə məğlub oldu
Türkiyə Super Liqasında XVII tura yekun vurulub.
QELEBE.AZ xəbər verir ki, günün ilk matçında "Başakşəhər" öz meydanında "Qaziantepspor"la üz-üzə gəlib.
6 qolun vurulduğu görüşdə ev sahibləri rəqibini 5:1 hesabı ilə darmadağın edib.
"Trabzonspor" isə səfərdə "Gənclərbirliyi" ilə qarşılaşıb. Gərgin keçən oyunda azarkeşlər 7 qola şahidlik ediblər. Trabzon təmsilçisi rəqibinə 3:4 hesabı ilə məğlub olub.

https://qelebe.az//uploads/photo/super-liqa-trabzonspor-seferde-meglub-oldu.webp