Qelebə.az / Super Liqa: “Trabzonspor” səfərdə məğlub oldu

Super Liqa: “Trabzonspor” səfərdə məğlub oldu

22-12-2025, 22:56

Türkiyə Super Liqasında XVII tura yekun vurulub.

QELEBE.AZ xəbər verir ki, günün ilk matçında "Başakşəhər" öz meydanında "Qaziantepspor"la üz-üzə gəlib.

6 qolun vurulduğu görüşdə ev sahibləri rəqibini 5:1 hesabı ilə darmadağın edib.

"Trabzonspor" isə səfərdə "Gənclərbirliyi" ilə qarşılaşıb. Gərgin keçən oyunda azarkeşlər 7 qola şahidlik ediblər. Trabzon təmsilçisi rəqibinə 3:4 hesabı ilə məğlub olub.

Geri qayıt