"Beşiktaş" Polşa klubuna uduzdu - Hazırlıq mərhələsində ilk məğlubiyyət
"Beşiktaş" yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Polşanın "Vidzev Lodz" klubu ilə üz-üzə gəlib.
Qarşılaşma "Beşiktaş"ın 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, "Beşiktaş" yeni mövsümə hazırlıq çərçivəsində keçirdiyi əvvəlki yoxlama görüşündə Avstriyanın "Admira Vakker" komandasını 5:0 hesabı ilə məğlub etmişdi.

https://qelebe.az//uploads/photo/quotbeshiktashquot-polsha-klubuna-uduzdu-hazirliq-merhelesinde-ilk-meglubiyyet.webp