"Neftçi" ilk qələbəsini qazandı - Serbiya klubuna üç cavabsız qol
Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Neftçi" növbəti yoxlama oyununa çıxıb.
QELEBE.AZ xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi komanda Serbiyanın "Radniçki Niş" kollektivi ilə qarşılaşıb.
Görüş Bakı təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Ağ-qaralar"ın heyətində Breno Almeyda dubl edib, Ağadadaş Salyanski isə bir dəfə fərqlənib.
Qeyd edək ki, "Neftçi" Sloveniya toplanışındakı əvvəlki yoxlama oyunlarında Serbiyanın "Partizan" klubuna 0:1, Rumıniyanın ÇFR komandasına isə 1:2 hesabı ilə məğlub olmuşdu. Bu, paytaxt təmsilçisinin yay hazırlığı çərçivəsində ilk qələbəsi olub.

https://qelebe.az//uploads/photo/quotneftchiquot-ilk-qelebesini-qazandi-serbiya-klubuna-uch-cavabsiz-qol.webp