Fransa 24 ildən sonra Braziliyanın uğurunu təkrarladı - Mbappe və Dembele fərqləndi
Fransa millisi DÇ-2026-da maraqlı göstəriciyə imza atıb.
QELEBE.AZ xəbər verir ki, Didye Deşamın komandası 2002-ci ildən bəri bir mundialda heyətində iki futbolçusu ən azı 5 qol vuran ilk yığma olub.
Bu göstərici 1/4 finalda Mərakeşə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra qeydə alınıb. Görüşdə Kilian Mbappe və Usman Dembele fərqlənib.
Mbappe cari dünya çempionatında qollarının sayını 8-ə, Dembele isə 5-ə çatdırıb.
Qeyd edək ki, sonuncu dəfə 2002-ci il dünya çempionatında Braziliya millisində Ronaldo 8, Rivaldo isə 5 qol vurmuşdu.

https://qelebe.az//uploads/photo/fransa-24-ilden-sonra-braziliyanin-ugurunu-tekrarladi-mbappe-ve-dembele-ferqlendi.webp