Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
Portuqaliya millisinin yeni baş məşqçisi müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, yığma Jorje Jezuşa tapşırılıb.
Bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
71 yaşlı mütəxəssis Roberto Martinesi əvəzləyib. Martines DÇ-2026-da çıxış başa çatdıqdan sonra komandadan ayrılıb.
Jezuş məşqçilik karyerasında ilk dəfə milli komandanı çalışdıracaq. Onun son iş yeri Səudiyyə Ərəbistanının “Əl-Nəssr” klubu olub.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis daha əvvəl “Əl-Hilal”, “Flamenqo”, “Fənərbaxça”, “Benfika”, “Sportinq”, “Braqa”, “Belenenseş”, “Moreyrense”, “Vitoriya Gimaraeş” və digər klublarda işləyib. Jezuş üç dəfə Portuqaliya çempionatının ən yaxşı baş məşqçisi seçilib.

https://qelebe.az//uploads/photo/portuqaliyada-yeni-bash-meshqchi-jorje-jezush-milliye-teyin-olundu.webp