“Real”da ciddi itki - 2 ay oynamayacaq
Atletik”lə matçda (3:0) zədələnərək meydanı tərk edən “Real Madrid”in futbolçusu Trent Aleksandr-Arnoldun durumuna aydınlıq gəlib.
QELEBE.AZ xəbər verir ki, 27 yaşlı sağ cinah müdafiəçisinin sol ayağının ön dördbaşlı əzələsində zədə aşkarlanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli futbolçu təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Trent bu mövsüm “Real”ın heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/realda-ciddi-itki-2-ay-oynamayacaq.webp