Qelebə.az / “Real”da ciddi itki - 2 ay oynamayacaq

“Real”da ciddi itki - 2 ay oynamayacaq

4-12-2025, 20:24

Atletik”lə matçda (3:0) zədələnərək meydanı tərk edən “Real Madrid”in futbolçusu Trent Aleksandr-Arnoldun durumuna aydınlıq gəlib.

QELEBE.AZ xəbər verir ki, 27 yaşlı sağ cinah müdafiəçisinin sol ayağının ön dördbaşlı əzələsində zədə aşkarlanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli futbolçu təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Trent bu mövsüm “Real”ın heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt