Azərbaycanda işləmiş mütəxəssis "Qarabağ"ın oyunu ilə bağlı proqnoz verib

Azərbaycanda işləmiş mütəxəssis "Qarabağ"ın oyunu ilə bağlı proqnoz verib

"Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatacaq".

Bunu "QELEBE.AZ"a açıqlamasında "Bakı" klubunun sabiq baş məşqçisi Vinfrid Şefer "Qarabağ"ın bu gün Almaniyada "Frayburq"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının G qrupunun ilk tur oyunu barədə danışarkən deyib.

Almaniyalı mütəxəssis Bundesliqa təmsilçisinin bir və ya bir neçə yaxşı futbolçudan ibarət olmadığını, kollektiv oyun sərgilədiyini bildirib: "Frayburq"da komanda mentaliteti çox güclüdür. Kristian Ştrayx uzun müddətdir Frayburq təmsilçisinə rəhbərlik edir. Komanda onun başçılığı altında əla oyun sərgiləyir və ön xətdə yaxşı pressinq tətbiq edir. Düzdür, heyətində "Bavariya"dakı kimi bahalı oyunçular yoxdur. Amma komanda özünə güvənir. "Frayburq"un təzyiqinə tab gətirmək üçün fiziki cəhətdən çox yaxşı vəziyyətdə olmalısan".

Şeferin sözlərinə görə, "Frayburq" sadə, amma çox güclü komandadır: "Heyətdəki bütün futbolçular intizamlı oyunları ilə diqqət çəkirlər. Hazırda "Qarabağ"ın hansı vəziyyətdə olduğunu bilmirəm. Düşünürəm ki, Azərbaycan təmsilçisi də rəqibə pressinqlə cavab verməlidir. Bəlkə bu zaman "Frayburq"un müdafiə xətti səhv edə və "Qarabağ" qol vura bilər".

"Europa-Park" stadionunda təşkil olunacaq "Frayburq" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Qeyd edək ki, Vinfrid Şefer 2010-cu ilin iyunundan 2011-ci ilin yanvarınadək "Bakı"nın baş məşqçisi olub. O, 2001 - 2004-cü illərdə Kamerun yığmasına rəhbərlik edib.

Futbol
Yaponiya millisinin sabiq futbolçusu 32 yaşında vəfat edib

Yaponiya millisinin sabiq futbolçusu 32 yaşında vəfat edib

Futbol
Konfrans Liqası: Daha 2 komanda pley-offda, "Sivasspor" lider olub

Konfrans Liqası: Daha 2 komanda pley-offda, "Sivasspor" lider olub

Futbol
Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək

Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək

Futbol
2022-ci ildə ən çox qırmızı vərəqə alan futbolçular bəlli olub

2022-ci ildə ən çox qırmızı vərəqə alan futbolçular bəlli olub

Futbol
Premyer Liqa: "Qəbələ" - "Qarabağ" oyununun hakimləri bəlli olub

Premyer Liqa: "Qəbələ" - "Qarabağ" oyununun hakimləri bəlli olub

Futbol
“Qarabağ”ın sabiq futbolçusu Fransa klubundan ayrıla bilər

“Qarabağ”ın sabiq futbolçusu Fransa klubundan ayrıla bilər

Futbol
DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub

DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "İkinci hissədə gücümüz çatmadı"

Azərbaycan millisinin baş məşqçisi: "İkinci hissədə gücümüz çatmadı"

Futbol
"Qalatasaray" 3 xalı darmadağınla qazanıb

"Qalatasaray" 3 xalı darmadağınla qazanıb

Futbol
Portuqaliya millisinin baş məşqçisi istefaya göndəriləcək

Portuqaliya millisinin baş məşqçisi istefaya göndəriləcək

Futbol
Tyerri Anri Belçika yığmasını Azərbaycanla oyuna çıxara bilər

Tyerri Anri Belçika yığmasını Azərbaycanla oyuna çıxara bilər

Futbol
Avropa Liqası: "Fənərbağça" və "Mançester Yunayted" Kipr klubları ilə üz-üzə gələcək

Avropa Liqası: "Fənərbağça" və "Mançester Yunayted" Kipr klubları ilə üz-üzə gələcək