Qazaxıstanlı idmançı: “Yarışlar çox gözəl təşkil olunub, Xankəndi xoşuma gəldi”
"Kamandan oxatma yarışlarında rəqabət çox güclü idi. İdmançılar sona qədər mübarizə apardı. Heç kim uduzmaq istəmirdi”.
Bu sözləri APA-nın Qarabağ bürosunun əməkdaşına müsahibəsində Xankəndidə keçirilən kamandan oxatma üzrə fərdi yarışlarda qızıl medal qazanan Qazaxıstan idmançısı Anastassiya Solodovnikova deyib.
O bildirib ki, çox sevinir: “Yarışda qızıl medal qazana bildim. Bundan sonrakı hədəfim olimpiya oyunlarında qalib olmaqdır. Yarışlar çox gözəl təşkil olunmuşdu. Xankəndi şəhəri də xoşuma gəldi. Hər şey yaxşı idi”.

https://qelebe.az//uploads/photo/qazaxistanli-idmanchi-yarishlar-chox-gozel-teshkil-olunub-xankendi-xoshuma-geldi.webp