III MDB Oyunları: Belarus 3-cü, Özbəkistan 5-ci olub
III MDB Oyunları çərçivəsində Qəbələ şəhər stadionunda keçirilən futbol üzrə yarışlarda daha iki görüş baş tutub.
QELEBE.AZ xəbər verir ki, 5-ci yer uğrunda matçda Özbəkistan və Qırğızıstan milliləri üz-üzə gəlib.
Matç Özbəkistanın 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Bürünc medal uğrunda oyunda isə Belarus yığması Tacikistana qalib gəlib – 2:0.
Qeyd edək ki, futbol yarışlarına oktyabrın 4-də yekun vurulacaq. Finalda Azərbaycan və Rusiya milliləri münasibətləri aydınlaşdıracaq.

https://qelebe.az//uploads/photo/iii-mdb-oyunlari-belarus-3-cu-ozbekistan-5-ci-olub.webp